Gürcüstan prezidenti Türkiyə və Azərbaycana təşəkkür etdi

Gürcüstanın prezidenti Georgiy Margvelaşvili Türkiyə və Azərbaycana Borjomi -Xaraguli meşəsində çıxan yanğının söndürülməsinə verdikləri dəstəyə görə təşəkkür etdi.

794883

 Marvelaşvili məsələ ilə bağlı mətbuat konfransında:"Yanğının söndürülməsində bizə yardım edən Azərbaycan və Türkiyəyə  təşəkkür edirəm. Bu fəlakətin öhdəsindən gəlməkdə bizə fəal şəkildə kömək edən hər kəsə minnətdarlığımı bildirirəm" ifadələrini iişlətdi.
 
 Avqustun 20-də Borjomi-Xaraguli meşəsində çıxan yanğın şiddətli küləyin təsirilə sürətlə yayılmış, bütün səylərə baxmayaraq söndürülə bilməmişdi.
 
Bundan sonra Türkiyə və Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yanğını söndürmə işlərinə dəstək vermək üçün Gürcüstana helokopter göndərmişdilər.

Әlaqәli Xәbәrlәr