Baş nazir Yıldırım Vyetnamda sǝfǝrdǝdir

Baş nazir Binali Yıldırım, Vyetnama səfəri zamanı həmkarı Nguyen Xuan Phuc tərəfindən rəsmi mərasimlə qarşılanıb.

794914
Baş nazir  Yıldırım Vyetnamda  sǝfǝrdǝdir

Baş nazir Yıldırımın iki gün davam edəcək səfəri çərçivəsində, Vietnam Baş naziri Phuc ilə görüşündən sonra birgə mətbuat konfransı təşkil edilib.

Baş nazir Yıldırım, iki ölkə arasında əlaqələrin yaranmasının 40-cı ildönümünü qeyd edəcəklərini xatırladaraq: “39 il ərzində iki ölkə arasında Baş nazir və prezident səviyyəsində qarşılıqlı ziyarətlərin reallaşmaması böyük bir əskiklik hesab edilir. Bu səbəbdən Türkiyədən Vyetnama rəsmi ziyarə reallaşdıran ilk Baş nazir olduğum üçün xoşbəxtəm. Vietnam son illərdə inkişaf yolunda nəhəng addımlar atır. Türkiyə də Vietnam kimi sürətlə tərəqqi edən dinamik bir ölkə mövqeyindədir. Bu səbəbdən iki ölkə arasında bənzərlik var. İki ölkə arasındakı ticarət həcmini 2020-ci ilə qədər 4 milyard dollara çatdırmağı planlayırıq. Belə bir potensial mövcutdur. Ziyarətimin iki ölkə arasındakı əlaqələrdə yeni bir dövrün başlanqıcı olmasını diləyirəm”.

 Türkiyə ilə Vietnam arasında beynəlxalq və regional mövzularda, xüsusilə şərq və cənub dənizin istifadəsiylə əlaqəli mövzularda fikir ittihadının olduğunu ifadə edən Binali Yıldırım: Hörmətli Baş nazir və nümayəndə heyəti ilə çox məhsuldar danışıqlar reallaşdırdıq. Nəqliyyatdan təhsilə, dənizçilikdən ticarətə, müdafiə və bütün sahələrdə əməkdaşlıq imkanlarımızı müzakirə etdik. Mövcud əməkdaşlığı İrəli pillələrə qaldırmaq mövzusunda sənədlər imzaladıq”.

Baş nazir Yıldırım, Vietnam Baş naziri Nguyen Xuan Phucu Türkiyədə görməkdən memnunuyit duyacağını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr