"PYD/YPG-yə dırnaqarası dövlət qurmasına əsla icazə vermərik", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyada dırnaqarası terror dövləti qurulmasına əsla icazə verilməyəcəyini bildirib.

794581
"PYD/YPG-yə dırnaqarası dövlət qurmasına əsla icazə vermərik", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyada dırnaqarası terror dövləti qurulmasına əsla icazə verilməyəcəyini bildirib.

Ərdoğan bunu Cümburbaşqanlığı Sarayında keçirilən növbəti muxtarlar (kətxuda) yığıncağında deyib.

Dövlət başçısı “Suriyada qurulmaq istənən terror dövlətinin qarşısını almaq üçün addım atdıq və “Fərat qalxanı” əməliyyatını həyata keçirdik. Terror təşkilatı PYD/YPG-yə dırnaqarası dövlət qurmasına icazə vermərik. Bəziləri Kürd dövlətindən danışıb durur, mənbunları kürd qardaşlarıma təhqir kimi qəbul edirəm. Suriyada başqa bir dövlətə əsla icazə verməyəcəyik. Vətənimizi bölməyə cəhd edənlərə biz hər tərəfi məzar edərik.” deyə  ifadə edib.

Ərdoğan  hazırda Suriyanın şimalında iki min kvadrat kilometrlik sahənin Türkiyənin nəzarətində olduğunu, Cerablus, Rai, Əl Baba nəzarətin ələ keçirildiyini vurğulayıb. Dövlət başçısı vurğulayıb ki, onların hədəfi Aralıq dənizinə çatmaq idi. Cudidə, Təndürəkdə, Qəndildə, Qabarda bu terrorçulara qarşı mövqeyimiz nədirsə, onları gördüyümüz hər yerdə mövqeyimiz eyni olacaqdır.



Әlaqәli Xәbәrlәr