“İki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə çıxarmaq üçün cəhd göstəririk”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ticarət, iqtisadiyyat və enerji sahələrində Türkiyə və Rusiya əlaqələrini ən yüksək səviyyəyə çıxarmaq üçün cəhd göstərdiklərini söyləyib.

794378
“İki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə çıxarmaq üçün cəhd göstəririk”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ticarət, iqtisadiyyat və enerji sahələrində Türkiyə və Rusiya əlaqələrini ən yüksək səviyyəyə çıxarmaq üçün cəhd göstərdiklərini söyləyib.

Nazir bunu İzmir Beynəlmiləl Sərgidə deyib.

Çavuşoğlu Rusiya ilə iqtisadiyyat sahəsindəki əlaqələrlə yanaşı siyasi ələqalərin də ən yüksək səviyyəyə çıxarılması üçün cəhd göstərdiklərini, regional əməkdaşlığın gücləndirildiyini bildirib. O deyib: “Regional sahədəki mövzulardan biri də Suriyadır. Suriya üzərindən Rusiya ilə Türkiyə arasındakı əməkdaşlıq hazırda bir qədər də olsa atəşkəsin təmin edilməsi barədə addımların atılmasına imkan yaratmışdır. Bu baxımdan Rusiyaya regional əməkdaşlıq üçün ayrıca çox təşəkkür edirik”.

“Sərgimiz hər il ənənəvi olaraq tərəfdaş bir ölkənin iştirakı ilə açılır. Rusiya Federasiyasının sərgidə tərəfdaş ölkə kimi iştirak etməsi əsasən Türkiyə və Rusiya arasındakı əlaqələrin səviıyəsinin göstəricisidir. Soçiyə səfərimiz zamanı dövlət başçısı Ərdoğan və Rusiya prezidenti Putin bu barədə qərara gəldilər ki, Rusiya tərəfdaş ölkə kimi sərgidə iştirak etsin” -deyə  nazir Çavuşoğlu qeyd edib.

Sərginin mövzusunun "İnnovasiya-enerji" olduğunu bildirən Çavuşoğlu Rusiyanın enerji mövzusunda Türkiyənin çox önəmli tərəfdaşı olduğunu, sərgi çərçivəsində Rusiya ilə digər müxtəlif sahələrdə də görüşlərin keçirildiyini və viza rejiminin ləğvi məsələsində də fəaliyyətlərin davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr