“Sinqapur bu bölgəyə giriş qapımızdır”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Sinqapurda görüşləri çərçivəsində mətbuat mənsubları ilə bir araya gələrək suallara cavab verib.

793379
“Sinqapur bu bölgəyə giriş qapımızdır”, B.Yıldırım

Baş nazir  adı çəkilən ölkəyə səfəri zamanı İstana sarayında rəsmi mərasimlə qarşılanıb. Daha sonra ölkənin prezidenti Yam ilə bir araya gəlib. Mətbuata qapalı keçirilən görüş yarım saata yaxın davam edib.

Baş nazir Binəli Yıldırım Sinqapurda görüşləri çərçivəsində mətbuat mənsubları ilə bir araya gələrək suallara cavab verib.

Yıldırım Sinqapurun Türkiyənin bu bölgəyə giriş qapısı olduğunu vurğulayaraq, bölgədəki ölkələrlə əlaqələrin gücləndirilməsinin məqsəd götürüldüyünü söyləyib.

Türkiyənin ticarət və sərmayə qoyuluşlarını artırma ilə yanaşı terrorla mübarizədə bölgə ölkələrilə əməkdaşlıq etməyi istədiyini qeyd edən baş nazir bildirib ki, Türkiyə Cənub-Şərqi Asiya Ölkələr Birliyi (ASEAN) ilə daha yaxından maraqlanmalıdır. Ölkəmiz Birliyin səktör sahəsində dialoq tərəfdaşıdır. Buna görə də üzv dövlətlərə təşəkkür edirik. Sinqapur bu sahədə Türkiyəyə dəstək oldu.  Birlik 600 milyon əhalinin gücünü təmsil edir. Bununla yanaşı 10 ölkəni bir araya gətirsəniz dünyanın ən böyük 6-cı iqtisadiyyatından söz aparılır.

DEAŞ-ın bölgə üçün təhdid olduğunu dilə gətirən baş nazir Binəli Yıldırım bu terror təşkilatının bölgədə fəaliyyətlərini gənişlətməyi planlaşdırdığının məlum olduğunu, Türkiyənin təcrübə və mübarizə mövzularında gücünü paylaşmağa hazır olduğunu söyləyib.

Baş nazirin səfəri Sinqapur ilə 2015-ci ildə imzalanan və Türkiyənin bugünə qədər tərəfdaş olduğu ən əhatəli Sərbəst Ticarət Sazişinin daxili hüquq təsdiq prosesinin tamamlandığı zamana təsadüf etməsi baxımından da əhəmiyyət daşıyır.



Әlaqәli Xәbәrlәr