Heç kimə dövlətimizin və millətimizin şərəfini alçaltmağa imkan vermərik

Bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Yozqatdakı çıxışı zamanı bildirdi.

793093
Heç kimə dövlətimizin və millətimizin şərəfini alçaltmağa imkan vermərik

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bəzi alman siyasətçilərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına reaksiyasını hörmətsiz bəyanatlar kimi qiymətləndirdi.
 
Yozqatda çıxış edən Bozdağ: "Heç kimə dövlətimizin və millətimizin şərəfini alçaltmağa imkan vermərik" dedi.
 
 Alman siyasətçilərinin hörmətsiz, ədəb həddini aşan bəyanatlar verdiklərini vurğulayan Bozdağ bu bəyanatları qınadı.
 
Baş nazirin müavini Almaniya Türkiyə münasibətlərindəki qərginliyin alman siyasətçilərinin çox böyük qüsurlarından irəli gəldiyini qeyd etdi və: "16 Aprel referendumunda Almaniya dövlətinin rəsmi televiziyasında "yox" kampaniyası aparıldı. Türkiyə Radio Televiziya Qurumunda (TRT)  isə Almaniyadakı seçkilər barəsində belə bir kampaniya aparılmır. Türkiyəyə qarşı ən böyük hörmətsizliyi özləri etdilər. Əslində, Almaniya Türkiyənin daxili işlərinə müdaxilə edir. Türkiyə suveren dövlətdir. Hər kəs bu suverenliyə hörmət etmək və Türkiyə Respublikası dövlətinin dəyərlərinə və idari qaydalarına hörmət etmək məcburiyyətindədir. Hədsiz bəyanatlara qarşı bu millətin və dövlətin şərəfini qorumaq başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla,  hökumətin və hamımızın vəzifəsidir" dedi.

Bəkir Bozdağ 15 İyulda qanlı dövlət çevrilişinə cəhd edən Fətulahçı terror təşkilatı- FETÖ-nün  üzvü, fərari  Adil Öksüz ilə bağlı Almaniyaya nota verilməsini xatırlatdı, Almaniyanın FETÖ və PKK-ya qarşı himayəçi mövqe nümayiş  etdirdiyini söylədi.



Әlaqәli Xәbәrlәr