Dörd PKK terrorçusu zərərsizləşdirildi

Türkiyənin Ədalət və İnkişaf Partiyasının rəhbər vəzivələrdə işləyən üzvlərini şəhid edən PKK terrorçuları zərərsizləşdirildilər.

793091
Dörd PKK terrorçusu zərərsizləşdirildi

Türkiyənin Ədalət və İnkişaf Partiyasının rəhbər vəzivələrdə işləyən üzvlərini şəhid edən PKK terrorçuları zərərsizləşdirildilər.
 
 Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumatda  ötən il Ədalət və İnkişaf  Partiyasının Özalp Rayon sədr müavini Aydın Muştu, keçən ay da Ədalət və İnkişaf Partiyasının Özalp Rayon sədr müavini Aydın Ahinin şəhid edilməsi, avqustun 15-də Van Başqala Jandarm Komandanlığına edilən silahlı hücumda Esmanur Şengüllərin yaralanması hadisələrini törədən 4 terrorçunun məhv edildiyi bildirildi.
 
Məlumatda əməliyyatın Türkiyə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə həyata keçirildiyi qeyd edildi.
 
 Türkiyə Silahlı Qüvvələri də sözügedən terrorçuların Vanın Başqala rayonunun düzənliyində zərərsizləşdirildikləri barədə məlumat vermişdi.



Әlaqәli Xәbәrlәr