MÜSİAD ilə Stavropol vilayəti arasında iqtisadi əməkdaşlığa dair müqavilə imzalandı

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə Rusiyanın Stavropol vilayəti arasında iqtisadi əməkdaşlığa dair müqavilə imzalandı.

792802

MÜSİAD-dan verilə məlumata görə, Rusiyanın Stavropol vilayətinin energetika, sənaye və rabitə naziri Vitaliy Xotsenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə MÜSİAD İzmir Şöbəsi sədrinin müavini Qalib Atar bir araya gəliblər.
 
Toplantıda çıxış edən Atar MÜSİAD İzmir şöbəsinin 300 üzv ilə 20 min insanı işlə təmin etdiklərini bildirib, regiona iqtisadi mənada ciddi töhfə verdiklərini qeyd edib.
 
 MÜSİAD Beynəlxalq Münasibətlər və Xarici Ticarət Komissiyasının sədr müavini Müttəki Sezen isə Rusiya nümayəndə heyəti ilə imzalanan müqavilənin iki ölkənin iqtisadi və diplomatik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.
 
 Rusiyanın Stavropol vilayətinin energetika, sənaye və  rabitə naziri Vitaliy Xotsenko iki ölkə arasındakı ticarətin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
 
 Çıxışlardan sonra iki tərəf arasında xoş məram və əməkdaşlıq barədə müqavilə imzalanıb.

Әlaqәli Xәbәrlәr