Binəli Yıldırım Sinqapur və Vyetnama səfər edəcək.

Türkiyənin baş naziri Binəli Yıldırım bazar ertəsi günü Sinqapur və Vyetnama səfər edəcək.

792900
Binəli Yıldırım Sinqapur və Vyetnama səfər edəcək.

Türkiyənin baş naziri Binəli Yıldırım bazar ertəsi günü Sinqapur və Vyetnama səfər edəcək.

Səfər 4 gün davam edəcək.
 
 Baş nazirin Cənubi Asiya səfərinin ilk dayanacağı Sinqapur olacaq.
 
Binəli Yıldırım Sinqapurda prezident Toni tan Keng və baş nazir Lee Hsien Loong ilə görüşəcək.
 
 2015-i ildə  Türkiyə və Sinqapur arasında Azad Ticarət Müqaviləsi  imzalanmışdı.
 
 Baş nazir Binəli Yıldırım və heyətinin ikinci dayanacağı isə Vyetnam olacaq.
 
 Yıldırım avqustun 23-ü, çərşənbə günü başlayacaq səfər çərçivəsində vyetnamlı həmkarı Nguyen Xuan Phuc və Vyetnam Milli Məclisinin sədri Nguyen Thi Kim Ngan ilə görüşəcək.
 
 Türkiyə ilə Vyetnam arasında diplomatik münasibətlər 1978-ci ildə başlayıb. Bu, baş nazir səviyyəsində ilk səfər olacaq.
 
 Sinqapur və Vyetnam səfərlərində Biznes Forumların keçirilməsi gözlənilir.
 
 Türkiyə qısa müddət əvvəl Sinqapur və Vyetnamın da üzv olduğu ASEAN-a dialoq tərəfdaşı olaraq qatılmışdı.



Әlaqәli Xәbәrlәr