Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 10-11 sentyabrda Azərbaycana səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının toplantısında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

792410

Ərdoğan yaxın günlərdə İordaniya, Qazaxıstan və Azərbaycada rəsmi görüşlər keçirəcək .

Dövlət başçısı İordaniya Haşimi Kralı II Abdullahın dəvəti ilə 21 avqustda adı çəkilən ölkəyə, sentyabrın 8-10-da Qazaxıstana, 10-11 sentyabrda isə Azərbaycana səfər edəcək.

Ərdoğan 19-25 sentyabrda New Yorkda keçiriləcək BMT Baş Assambleyası toplantısında iştirak edəcək.

Ərdoğanın İordaniyaya edəcəyi səfərdə iki ölkə arasındakı ticari və siyasi əlaqələr, xüsusilə də Fələstin başda olmaqla regional  mövzuların müzakirə olunacağı bildirilib.

Səfər Türkiyə ilə İordaniya arasındakı diplomatik əlaqələrin qurulmasının 70 illiyinə təsadüf etməsi baxımından xüsusi bir məna daşıyır.

Әlaqәli Xәbәrlәr