Türkiyə türk soylulara istisnayi vətəndaşlıq verir

İstisnayi vətəndaşlığa müraciət etmək üçün bu şərtlər tələb olunur...

790981
Türkiyə türk soylulara istisnayi vətəndaşlıq verir

  Türkiyədə yaşayan Balkan mənşəli türk soylulara istisnayi vətəndaşlıq hüququ verilir.

  Yeni qanunla artıq “Haymatlos” (vətəndaşlığı olmayan) statusuna malik, başda Qərbi Trakya türkləri olmaqla Balkan ölkələri mənşəli türk soylulara humanitar qeydiyyat icazəsi tətbiqinə keçildi.

  2017-ci ilin 1 yanvar tarixindən əvvəl Türkiyəyə gələn, müvəqqəti qeydiyyatı (ikamət izni) olan Yunanıstan, Bolqarıstan, Makedoniya, Albaniya, Kosova, Bosniya və Herseqovina vətəndaşı olub Türkiyə vətəndaşları ilə birinci dərəcəli yaxınlığı olan şəxslər (ana, ata, həyat yoldaşı və ya uşaq) Türkiyə Vətəndaşlığının 12-ci maddəsinə əsasən istisnayi Türkiyə vətəndaşlığını ala bilər.

  İstisnayi vətəndaşlığa müraciət etmək üçün bu şərtlər tələb olunur:

- 1 yanvar 2017-ci il tarixindən əvvəl Türkiyədə olmaq.

- Qanuni yaşayış icazəsi (ikamət izni) ilə Türkiyədə qalmaq.

- Yunanıstan, Bolqarıstan, Makedoniya, Albaniya, Kosova, Bosniya və Herseqovina vətəndaşı olub birinci dərəcəli (ana, ata, həyat yoldaşı və ya uşaq) Türkiyə vətəndaşı yaxını olmaq.

- Yuxarıda sadalanan ölkələrin vətəndaşlığından çıxmış olub “Haymatlos” (vətəndaşlığı olmayan) statusuna malik olmaq.

- Müraciət müddəti 30 may 2018-ci il tarixində sona çatacaq.

  Bu şərtlərə uyğun olan türk soylular Türkiyədə olduqları bölgənin Əhali İdarəsinə (Nüfus Müdürlüğü) müraciət edə bilər. Bu adamlardan “Haymatlos” sənədi və ya Türkiyə vətəndaşı ilə ailə bağını sübut edən sənəd nümunəsi tələb olunur. Maliyyə xərci sadəcə 10 liradır.



Әlaqәli Xәbәrlәr