Türkiyə İngiltərənin əvəzolunmaz tərəfdaşıdır

Bunu Türkiyədə səfərdə olan Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Alan Duncan bildirdi.

791075
Türkiyə İngiltərənin əvəzolunmaz tərəfdaşıdır

 Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri, xarici işlər nazirinin müavini  Alan Duncan:" Keçən il çevriliş təşəbbbüsü göstərilərək Türkiyə demokratiyasına həqarət edilməsini bir daha qınayıram. İngiltərə yaxın dost kimi Türkiyənin demokratiynı qoruma fəaliyyətlərinə dəstək verməyə hazırdır" dedi.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən məlumatda dünən axşam Türkiyəyə gələn Duncanın səfərinin avqustun 17-dək davam edəcəyi bildirilir.

Məlumatda ingilis nazirin səfər proqramının mərkəzində elm və texnologiya sahəsi başda olmaqla, İngiltərə və Türkiyə arasındakı əməkdaşlıq məsələsinin durduğu qeyd olunur.

Məlumatda Duncanın səfəri zamanı Ankara və İstanbulda hökumət, ana müxalifət, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə bir araya gələcəyi, suriyalı uşaqların təhsili məsələsi ilə əlaqədar İngiltərənin maliyyələşdirdiyi insan haqları təşkilatının üzvləri ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, Alan Duncan son bir ildə Türkiyəyə 4 dəfə rəsmi səfər edib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr