"İki dövlət arasındakı gərginliyin müharibəyə çevrilməməsi ümidindəyik", R.T.Ərdoğan

İstanbulda Cümə namazı çıxışında jurnalistlərin də suallarını cavablandıran R.T.Ərdoğan dedi...

788319
"İki dövlət arasındakı gərginliyin müharibəyə çevrilməməsi ümidindəyik", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları və Şimali Koreya arasında yaşanan gərginliyin müharibəyə çevrilməməsinə ümid etdiyini söylədi.

  İstanbulda Cümə namazı çıxışında jurnalistlərin də suallarını cavablandıran R.T.Ərdoğan dedi:

  "Bu gün dünyanın təxminən 16 dövlətində nüvə raketləri var. Bunlardan üçündə nüvə silahlanması daha ciddi ölçüdədir. Ümid edirik ki, Amerika Birləşmiş Ştatları və Şimali Koreya arasındakı təhdidlər müharibəyə çevrilməsin, sadəcə ikisi arasında həll olunsun.”

  Ərdoğan Suriya sərhədindəki Cilvegöz Sərhəd Qapısındakı keçidlərə məhdudiyyət gətirilməsi haqqında da danışdı:

  "Bu gün də humanitar yardımlarda varıq. Bu baxımdan Cilvegözü açıq olacaq, ancaq qida, dərman, geyim və sair üçün. Silah aparılmasına əsla icazə yoxdur. İdliblə bağlı da görüşlərimiz davam edir. Xüsusilə Milli Kəşfiyyat Təşkilatımız bu mövzuda Rusiya ilə görüşlər keçirir. Bu arada yenə İranla danışıqlar aparılır. Moskva danışıqları da həyata keçərsə, Astana prosesi müsbət keçər, Suriyada etibarlı bölgə və İdlib məsələləri həllinə qovuşar."

  Almaniya heyətinin 8 sentyabrda Konyadakı NATO hərbi bazasına səfərilə bağlı suala isə Ərdoğan belə cavab verib: “Almaniya bununla bağlı NATO ilə görüşərək müsbət münasibət əldə etdi… Bu, İncirlik (Adanadakı ABŞ hərbi bazası) hadisəsi deyil, daha fərqlidir. Bu çərçivədə başda Milli Müdafiə Nazirliyimiz və Xarici İşlər Nazirliyimiz birgə fəaliyyət göstərir. Proses müsbət istiqamətdə davam edir".



Әlaqәli Xәbәrlәr