Qırğızıstanın baş naziri Ankaradadır

Qırğızıstanın baş naziri Sooronbay Ceenbekov Türkiyədə işgüzar səfərdədir.

786017
Qırğızıstanın baş naziri Ankaradadır

Qırğızıstanın baş naziri Sooronbay Ceenbekov rəsmi səfərlə Türkiyəyə gəldi

Ceenbekov Türkiyənin baş naziri Binəli Yıldırımla Çankaya Köşkündə görüşdü.

Mətbuata bağlı keçirilən görüş bir saat davam etdi.

Görüşdə Yıldırım və Ceenbekov Türkiyə və Qırğızıstan arasındakı siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət həcminin artırılması istiqamətində fikir mübadiləsi apardılar.

Daha sonra heyətlərarası görüşlər keçirildi

Görüşdə iki ölkə arasındakı əlaqələr və regional proseslər detallı olaraq müzakirə olundu.

Ceenbekov sabah da davam edəcək səfəri çərçivəsində İstanbulda inşa edilən Manas Heykəlinin açılışı münasibətilə təşkil olunan tədbirdə iştirak edəcək.

 



 

 



Әlaqәli Xәbәrlәr