PKK terror təşkilatına məxsus 5 hədəf məhv edildi

Türkiyənin Hakkari vilayəti ərazilərində hərbi dəstələrə hücum üçün hazırlaşdığı müəyyən edilən PKK terror təşkilatına mənsub quldurlara qarşı həyata keçirilən hava əməliyyatında 5 hədəf məhv edilib.

786015

Baş Qərargah Rəisliyinin yaydığı məlumata əsasən, ötən gün axşam radələrində Hakkari bölgəsində davam edən havadan dəstəklənən əməliyatlar çərçivəsində terror təşkilatına mənsub quldurların hərbi dəstələrə silahlı hücum üçün hazırlaşdığı müəyyən edilib.

Əldə edilən məlumatlar çərçivəsində Türkiyə Havva Qüvvələrinə məxsus qırıcılarla müəyyən edilən bölgəyə hava əməliyyatı təşkil edilib. Əməliyyat nəticəsində terrorçuların silah-sursat və ərzaq qoymaq üçün istifadə etdiyi 4 mağara, bir silah mövqeyi olmaqla 5 hədəfi dağıdılıb.

Əməliyyatdan sonra bölgədə başladılan fəaliyyətlərin davam etdiyi bildirilib.

Әlaqәli Xәbәrlәr