Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sarp sərhəd qapısında tədqiqatlar apardı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə-Gürcüstan sərhəd məntəqəsində yerləşən Sarp sərhəd qapısına baş çəkib.

785338
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sarp sərhəd qapısında tədqiqatlar apardı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə-Gürcüstan sərhəd məntəqəsində yerləşən Sarp sərhəd qapısına baş çəkib.

Dövlət başçısı Artvində sərhəd qapısının bərpası haqqında məlumat alıb, tədqiqat aparıb.

Tikinti sahəsini gəzərək məsullardan fəaliyyətlər haqqında məlumat alan Ərdoğanı mətbuata qapalı tədqiqatı zamanı gənclik və idman naziri Osman Aşkın Bak, daxili işlər naziri Süleyman Soylu, Rizə şəhərinin valisi Ərdoğan Bəktaş ilə Türkiyə Otaqlar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu da müşayiət edib.

Dövlət başçısı Ərdoğan daha sonra Artvin  şəhərindən Rizəyə gəlib.

Ərdoğan səfəri zamanı İkizdərə qəsəbəsində tikinti işləri davam edən Ovit tunelinə də baş çəkib, tədqiqatlar aparıb.

Qeyd edək ki, 14 min 300 metr uzunluğu ilə Türkiyənin ən böyük ikinci quru yol tuneli xüsusiyyətinə sahib layihədə artıq sona yaxınlaşılıb.



Әlaqәli Xәbәrlәr