Rəcəb Tayyib Ərdoğan:"Terror təşkilatları ən böyük pisliyi uşaqlara edirlər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatlarının məktəbləri, müəllimləri hədəf alaraq ən böyük pisliyi uşaqlara etdiklərini bildirdi.

784429
Rəcəb Tayyib Ərdoğan:"Terror təşkilatları ən böyük pisliyi uşaqlara edirlər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Diyanət İşləri Başkanlıgı tərəfindən təşkil olunan "Şərq və Cənub-Şərq Məktəblilərinin Yay Tədbirləri"nin bağlanış mərasimndə çıxış etdi.
 
 Separatçı terror təşkilatı PKK-nın uşaqların xəyallarını  və həyatlarını alt-üst edərək, ən böyük pisliyi uşaqlara etdiyini bildirən Ərdoğan: "Təşkilatın ilk növbədə, məktəbləri, yataqxanaları, müəllimləri hədəfə almasının səbəbi budur. Eyni şəkildə din xadimlərimizə  qarşı təcavüzlər oldu. Təşkilatın məqsədinin uşaqlarımızı həm məktəbdən, həm də məsciddən ayıraraq, öz mənfur ideologiyalarının köləsi, robotu etmək olduğu aydındır. Çünki bilirlər ki, məsciddən, minbərlərdən  terror və terrorçu çıxmaz" deyə danışdı.
 
 Ərdoğan çıxışına:" PKK hansı məqsədlə ortaya atılıbsa, Fətullahçı Terror Təşkilatı (FETÖ) da eyni məqsəd üçün istifadə edilir" deyə davam etdi.



Әlaqәli Xәbәrlәr