Türkiyə məsciddə törədilən bombalı hücumu qınayıb

Əfqanıstanda dünən Herat şəhərindəki məsciddə dalbadal törədilən 2 hücumda 29 adam ölüb, 64 adam yaralanıb.

782262
Türkiyə məsciddə törədilən bombalı hücumu qınayıb

  Əfqanıstanın Paktiya vilayətinin mərkəzində törədilən bombalı hücumda 2 kəşfiyyatçı həyatını itirib.

  Paktiya Təhlükəsizlik Qüvvələri komandiri Nesar Əhməd Əbdülrahimzey bildirib ki, Qarde şəhərində yol kənarına yerləşdirilən bomba kəşfiyyat işçilərini daşıyan maşının bölgədən keçdiyi sırada patladılıb. Hücumda 2 kəşfiyyat işçisi həyatını itirib, 3 nəfər yaralanıb.

  Hücumu boynuna götürən olmayıb.

  Əfqanıstanda dünən Herat şəhərindəki məsciddə dalbadal törədilən 2 hücumda 29 adam ölüb, 64 adam yaralanıb. Təcavüzkarlardan biri Heratın mərkəzindəki Cevadiye məscidinin girişində üzərindəki bombanı patladıb, ikincisi məscidin içinə girərək birdən atəş açmağa başlayıb. Hücumlardan sonra məscid istifadəsiz vəziyyətə düşüb. Hücumu boynuna götürən olmayıb.

  Türkiyə məsciddə törədilən bombalı terror hücumunu qınayıb. Xarici İşlər Nazirliyi hadisəyə bağlı yazılı şərhində bildirir: "Müqəddəs məkanı və günahsız insanları hədəfə alan bu mənfur terror hücumunu lənətləyirik."



Әlaqәli Xәbәrlәr