Ali Hərbi Şuranın yığıncağı başa çatdı

Baş nazir Binəli Yıldırımın başçılığında keçirilən Ali Hərbi Şura yığıncağı başa çatdı.

782503
Ali Hərbi Şuranın yığıncağı başa çatdı

Baş nazir Binəli Yıldırımın başçılığında keçirilən Ali Hərbi Şura yığıncağı başa çatdı.

Şuranın üzvləri əvvəl Anıtqəbiri ziyarət etdi.

Baş nazir Yıldırım Mustafa Kamal Atatürkün mavzoleyini (Anıtkabir) ziyarət edərək əklil qoyub və xatirə dəftərinə bunları yazdı: Güclü təməllər üzərində miras qoyduğunuz Cümhuriyyəti müasir mədəniyyətlər hədəfinə çatdırmaq üçün qərarlı şəkildə işləməyə davam edirik. Daha rifah, daha təhlükəsiz, daha ədalətli, daha azad bir Türkiyə ən önəmli hədəfimizdir. Şəhid qanlarının axıdıldığı bu vətən torpaqlarını eyni əzm və qərarlılıqla qorumaq, gələcək nəsillərə əmanət etmə inancımız hər zaman olduğundan daha güclüdür.

Şura üzvlərinin toplantısı Çankaya Köşkünün Salonunda yerli vaxtla saat 11.15-də başladı.

Baş nazir Yıldırım  yığıncağı açıq elan edərkən dedi ki, Türkiyə coğrafiyası baxımından əhəmiyyətli siyasi, ictimai, təhlükəsizlik hadisələrinin cərəyan etdiyi bir bölgənin mərkəzində yerləşir. Bu çətin coğrafiyada təhlükəsizliyimizə istiqamətli daxili və xarici təhdidlər var.

15 iyul xain çevriliş cəhdi ilə birlikdə terror təşkilatları ilə yanaşı Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) də mübarizə aparılması vacib olan mövzular sırasına daxil oldu. Hal-hazırda Türkiyə üç terror təşkilatı ilə eyni anda mübarizəsini davam etdirir. Bunlar PKK, FETÖ/PDY və DEAŞ-dır. Xüsusilə son bir ildir mübarizəmiz daha uğurlu şəkildə davam etdirilir.  Xüsusilə keçən il avqust ayının əvvəlində qərar verdiyimiz hücum məqsədli mübarizə strategiyası və Türk Silahlı Qüvvələri ilə digər təhlükəsizlik  qüvvələrimizin tam bir koordinasiya içərisində keçirdikləri əməliyyatlardan istənilən nəticə əldə edildi və  PKK ilə mübarizədə çox önəmli addımlar atıldı.

Baş nazir Yıldırım son dövrdə gənclərin dağa çıxışlarının əhəmiyyətli səviyyədə azaldığına diqqət çəkərək, terrora dəstək verən yerli idarəçilərin vəzifələrindən kənarlaşdırıldıqlarını və onlarla əlaqəli məhkəmə prosesinin başladıldığını söyləyib. “Digər tərəfdən separatçı terror təşkilatına siyasi baxımdan dəstək olanlara qarşı hüquqi proses Türkiyə Böyük Millət Məclisində toxunulmazlıqlar qaldırıldıqdan sonra sürət qazandı və bu sahədə əldə edilən nəticə diqqətləri cəlb edir”- deyə baş nazir vurğulayıb.

Baş nazir Yıldırım Türkiyəni maraqlandıran daxili və xarici təhdidlərin hələ davam etdiyini, Yunanıstan ilə Əgədəki adalar mövzusu, Kıbrıs məsələsi, Şimali İraqda referendum düşüncəsi, Suriyanın gələcəyi kimi mövzuların yaxın perspektivdə Türkiyəni məşğul etməyə davam edəcək problemlərdən yalnız bir neçəsi olduğunu bildirib.

Körfəz böhranı, Şimali Koreyadakı durum, Avropa İttifaqı-Türkiyə əlaqələri, Yəmən, Liviya, Fələstin-İsrail məsələlərinin də regional və qlobal problemlər olaraq önümüzdəki prosesdə potensial risklər olaraq mövcudluğunu davam etdirəcəyini vurğulayan baş nazir onu da deyib ki, bütün bu çətin şəraitdə reallaşdırdığımız konstitusiya dəyişikliyi ilə 94 illik rəhbərlik ənənəmizdə köklü dəyişiklik edildi. Parlament sistemindən prezident hökumət sisteminə keçid olaraq adlandıran bu dəyişiklik ölkəmizin gələcək illəri üçün sabitlik və güvən baxımından zəmanəti olacaqdır. Yeni sistem unitar quruluşu daha da gücləndirdi. Bu dəyişiklik ölkəmizin olduğu çətin coğrafiyada qarşılaşa biləcəyi kritik daxili və xarici əhvalatların qarşını ala bilmək üçün çox əhəmiyyətli imkan  yaratmışdır. Hədəfimiz Qazi Mustafa Kamalın işarə etdiyi müasir mədəniyyətlər səviyyəsinin daha da ilerisidir.

Ali Hərbi Şuranın yığıncağında qəbul edilən qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

Milli müdafiə nazirinin təklifi, baş nazirin imzası və dövlət başçısının təsdiq etməsi ilə müəyyənləşdirilən ordu komandirliklərində vəzifə müddəti başa çatır. Quru Qoşunlar komandanı ordu generalı Saleh Zəki Çolak, Dəniz Qüvvələri komandakı  oradmiral Bülənt Bostanoğlu və Hava Qüvvələri komandanı  ordu generalı Abidin Ünalın vəziyyəti Şura yığıncağındakı təyinat və vəzifədə yüksəlmə qərarları ilə müyyən ediləcək.Mövcud qanun vəzifə müddəti başa çatan ordu komandirlərinin vəzifə müddətlərinin uzadılmasına imkan verir.



Әlaqәli Xәbәrlәr