Türkiyə fitnəkar ifadələrə etirazını bildirdi

Türkiyə ABŞ-ın DEAŞ-la mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurkun Türkiyə haqqındakı sözlərinə reaksiya göstərdi.

780352
Türkiyə fitnəkar ifadələrə etirazını bildirdi

Türkiyə ABŞ-ın DEAŞ-la mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurkun Türkiyə haqqındakı sözlərinə reaksiya göstərdi.

Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Müftüoğlu McGurkun Suriyanın İdlib şəhərindəki terror təşkilatlarının mövcudluğu ilə Türkiyəni əlaqələndirən dəyərləndirmələrinə reaksiya göstərərək, “fitnəkar ifadələrə etiraz”ını bildirildi.  

Sözçü Müftüoğlu McGurkun açıqlamalarına dair suala cavabən deyib ki, McGurkun İdlibdəki terror təşkilatlarının mövcudluğu ilə ölkəmizi əlaqələndirən dəyərləndirmələrinə qarşı reaksiyamız yüksək səviyyədə atılan addımla şəxsən adı çəkilənin diqqətinə çatdırıldı və fitnəkar olaraq dəyərləndirilə biləcək ifadələrə qarşı etirazımız bildirildi. Bundan əlavə terror təşkilatlarının Suriya və İraqda sığınacaq yer tapmasının arxasındakı əsas səbəblərin aradan qaldırılmasının ancaq bütün əlaqəli güclərin ifadələri və əməliyyatları arasında ziddiyyət olmaması vasitəsi ilə mümkün ola biləcəyi, Suriyada terror təşkilatı PYD/YPG-nin hansı məqsədlə olarsa olsun dəstəklənməməsinə dair gözləntimiz xatırlatılmışdır.

Müftüoğlu Türkiyənin adı çəkilən şəxsin gündəmdəki açıqlamalarına dair reaksiyasının Türkiyənin Washington Səfirliyi tərəfindən də ABŞ məqamları nəzdində bir daha dilə gətiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr