Numan Kurtulmuş alman siyasətçilərinə gərginlyi azaltmağın yolunu- turizmi təklif etdi

Türkiyə mədəniyyət və turizm naziri Numan Kurtulmuş Ankarada jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.

777537
Numan Kurtulmuş alman siyasətçilərinə gərginlyi azaltmağın yolunu- turizmi təklif etdi

Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş alman siyasətçilərinə gərginlikləri azaltmaq yolu olaraq turizmi təklif etdi.

Numan Kurtulmuş Ankarada jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.
 
 Kurtulmuş Türkiyə-Almaniya münasibətlərindəki gərginliyə baxmayaraq, alman turistlərin Türkiyəyə olan rezervasiyalarını ləğv etmədiklərini bildirdi, Türkiyənin qış turizmi, sağlamlıq turizmi kimi alternativ turizm baxımından çox zəngin olduğunu, bu zənginliyin diqqətdə tutulmasının vacibliyini  vurğuladı.
 
 Nazir:"Turizmlə siyasət ayrı tutulmalıdır.Ölkələr arasında zaman-zaman gərginliklər və yaxınlaşmalar ola bilər.  Avropa ilə əlaqələrimiz düz xətlə inkişaf etmir. Çox yaxınlaşdığımız və əlaqələrin kəskinləşdiyi vaxtlar olur. Mənim alman siyasətçilərə tövsiyəm budur ki, siyasətdəki gərginlikləri azaltmaq yolu kimi turizmi görsünlər" dedi.
 
 Numan Kurtulmuş Türkiyənin hər şəhərinin, Almaniyanın, Fransanın, İngiltərənin hər şəhəri qədər təhlükəsiz olduğunu qeyd etdi və:" Siyasətin turizmə  təsir etməsinin əvəzinə, turizmin siyasəti tarazlaşdırmasının, və ya turizmin siyasəti bir şəkildə yumşatmasının daha doğru olduğu qənaətindəyəm" ifadələrini iişlətdi.



Әlaqәli Xәbәrlәr