Brüsseldə Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısı keçirildi

Toplantıya qatılan Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik Türkiyənin Avropa İttifaqına üzvlük  müzakirələrinin Türkiyə-Aİ münasibətlərinin onurğasını təşkil etdiyini bildirdi

777571
Brüsseldə Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısı keçirildi

Belçikanın paytaxtı Brüsseldə Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısı keçirildi. 

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik toplantıdan sonra mətbuata açıqlamalar verdi, Türkiyənin Avropa İttifaqına üzvlük  müzakirələrinin Türkiyə-Aİ münasibətlərinin onurğasını təşkil etdiyini bildirdi
 
 Ömər Çelik:" Bunu bir kənara qoyaraq enerji, ticarət, və ya terrorla mübarizə kimi bir sıra sahələrdə əlaqələri inkişaf etdirməkdən bəhs etmək olmaz" dedi.
 
 Nazir məsələ ilə bağlı iki tərəf arasındakı problemlərin  23-cü (məhkəmə və təməl hüquqlar) və 24-cü  (ədalət, azadlıq və təhlükəsizlik) fəsilləri ilə əlaqədar  yarandığını qeyd etdi. Bu fəsillərin açılmasının vacibliyinə işarə edən Çelik: "Son görüşlər  Kıbrıs məsələsində Türkiyənin konstruktiv mövqeyini  ortaya qoydu.  Cənubi Kıbrısın rum rəhbərliyinin təktərəfli olaraq beş fəsli bloklaşdırmasının  qarşısı alınmalıdır" deyə danışdı.
 
 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  toplantıda Türkiyə-Aİ münasibətlərində üzvlük məsələsi, energetika, gömrük birliyi müqaviləsinin yenilənməsi, terrorizmlə mübarizə, miqrasiya müqaviləsinin həyata keçirilməsi kimi məsələlərin müzakirə olnduğunu qeyd etdi.
 
 Çavuşoğlu Türkiyə-Aİ münasibətlərindəki problemlərin aradan qaldırılması üçün dialoq və əməkdaşlığın davam etdirilərək gücləndirilməsinin vacibliyinə diqqəti çəkdi və :"Türkiyədəki demokratik müxalifətlə terrorçular və terrora dəstək verənlər bir tutulmamalıdır. Əlbəttə ki, Türkiyədə demokratik müxalifət var. Xalqın iradəsilə məclisə, və ya digər qurumlara seçilənlər var. Lakin bunların içində terror təşkilatına silah verənlər də  var. Demokratik müxalifətlə terror təşkilatına silah verənləri bir tutsaq, o zaman xalqın iradəsinə də hörmətsizlik etmiş olarıq" dedi.
 
 Aİ genişlənmə məsələləri üzrə komissarı Yohannes Hahn xarici işlər naziri Mövlud Çavuşoğluna konstruktiv çıxışına görə təşəkkürünü bildirdi və: "Qaçqın məsələsi ilə bağlı hər iki tərəf müsbət  irəliləyiş əldə edib və bu sayədə bir çox həyat xilas edilib. Türkiyə qaçqınlara mükəmməl bir ev sahibliyi edir. Türkiyədəki qaçqınlar üçün 2,9 milyard avro məbləğində vəsait ayrılıb. Bu ilin sonunda  bu yardım ünvanına çatacaq deyə, ümid edirik"dedi.
 
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini də toplantının son dərəcə müsbət keçdiyini bildirərək:" Türkiyənin Aİ-yə namizəd ölkə olduğunu və strateji tərəfdaşımız olduğunu xatırlatmaq lazımdır" ifadələrini işlətdii.



Әlaqәli Xәbәrlәr