"Küveyt tərəfindən davam etdirilən cəhdlərə dəstək veririk", İ.Kalın

Türkiyə Cümhubaşkanlığı sözçüsü İbrahim Kalın Qətər böhranında dialoqla həll cəhdlərini dəstəklədiklərini söylədi.

776779
"Küveyt tərəfindən davam etdirilən cəhdlərə dəstək veririk", İ.Kalın

   Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə etdiyi səfərlərlə bağlı şərh verən İ.Kalın görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı Suriya və İraqda yaşanan proseslər və terrorla mübarizə kimi regional məsələlərin də müzakirə edildiyini bildirərərk deyib:

  "Hörmətli başçımız Türkiyənin Körfəz bölgəsində yaşanan böhranın keçilməsi məqsədiylə Küveyt tərəfindən davam etdirilən səylərə və digər cəhdlərə dəstək verir. Böhranın müzakirə və dialoq yolu ilə həlli üçün mövcud cəhdlərin sürdürülməsiylə bağlı həmkarlarla razılığa gəlinib. İslam ölkələri birlik yolu ilə hərəkət etməli və ölkələrin suverenlik hüquqlarının qorunmasına əhəmiyyət verməlidir. İnvestisiya, turizm və müdafiə sənayesi başda olmaqla, mövcud əlaqələrin artırılması üçün çalışılır.”



Әlaqәli Xәbәrlәr