Mövlud Çavuşoğlu özәl televiziya kanallarından birinә müsahibә verib
Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu özәl televiziya kanallarından birinә müsahibә verib.
![Mövlud Çavuşoğlu özәl televiziya kanallarından birinә müsahibә verib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/ab72/d436/6758/5953bdb7daf6d.jpg?time=1718857982)
Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu özәl televiziya kanallarından birinә müsahibә verib.
Müsahibә zamanı gündәmlә bağlı sualları cavablandıran Mövlud Çavuşoğlu Türkiyәnin Almaniya mәnşәli şirkәtlәrә istintaq başlatdığı ilә bağlı iddialara toxunub.
Almaniya mənşəli şirkətlər haqqında istintaq başladıldığına dair iddiaları təkzib edən XİN rәhbәri Mövlud Çavuşoğlu: ‘‘ Xarici şirkətlərin hamısına üstünlük veririk. Həm millət, həm dövlət olaraq sahib çıxırıq’’ deyә bildirib.
Türkiyə ilә Almaniya arasında yaşanan prosesә toxunan XİN rәhbәri: ‘‘Gәrginlik aprelin 16-da keçirilәn referendumdan әvvәl başlayıb. Türkiyәli siyasәtçilәrә qarşı atılan addımlar, Türkiyәyә qarşı keçirilәn qaralama kampaniyaları, Fәtullahçı terror tәşkilatı mәnsublarının Almaniyaya sığınması, PKK mәnsublarının Almaniyada sәrbәst hәrәkәt etmәsi, pul toplaması, fәaliyyәt göstәrmәsi kimi arada gәrginliyә sәbәb olacaq mәsәlәlәr var’’ deyib.
İsrailin Mәscidül-Әqsaya quyduğu mәhdudiyyәtlәrә dә toxunan Mövlud Çavuşoğlu: ‘‘İslam ölkәlәri Qüdsə sahib çıxmalıyıq" deyib.
Mövlud Çavuşoğlu İslam ölkələrinin bu mәsәlә ilә bağlı birgә hәrәkәt etmәsinin vacibliyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718857982)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718857982)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq