Binəli Yıldırım Heydər əl-İbadi və Thorbjorn Jagland ilə telefonla danışdı

Türkiyənin baş naziri Binəli Yıldırım İraq baş naziri Heydər əl-İbadi və Avropa Şurasının baş katibi Thorbjorn Jagland  ilə telefonla danışdı.

774025
Binəli Yıldırım Heydər əl-İbadi və Thorbjorn Jagland ilə telefonla danışdı

Türkiyənin baş naziri Binəli Yıldırım İraq baş naziri Heydər əl-İbadi və Avropa Şurasının baş katibi Thorbjorn Jagland  ilə telefonla danışdı.
 
Nazirlər Kabinetindən verilən məlumata görə, Yıldırım Mosulun  terror təşkilatı DEAŞ-dan azad edilməsi ilə bağlı İraq hökumətini təbrik edərək, Türkiyənin viran edilən tarixi şəhərin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.
 
 Baş nazir Yıldırım görüşdə terrorla mübarizə, o cümlədən, yaxın bölgədəki proseslər kontekstində İraq hökuməti ilə əməkdaşlığı davam etdirmək məsələsində qətiyyətli olduqlarını vurğulayıb.
 
 İraqın baş naziri İbadi isə Türkiyə ilə hər sahədə əməkdaşlığa hazır olduqlarını ifadə edərək, İraqın şimalındakı proseslərə dair mövqelərini  bildirib.
 
Türkiyənin baş naziri Avropa Şurasının baş katibi ilə olan telefon danışığında Avropa Şurasl ilə yaxın əməkdaşlığı davam etdirmək məsələsində qətiyyətli olduqlarını bildirib.
 
Yıldırım Avropa Şurasının təklifləri çərçivəsində həyata keçirdikləri tənzimləmələrin nəzərə alınmasını və Fətullahçı Terror Təşkilatının 15 iyul 2106-cı il tarixindəki çevriliş cəhdindən sonrakı prosesdə Türkiyəyə daha çox anlayış göstərilməsini gözlədiklərini qeyd edib.
 
 Avropa Şurasının baş katibi  Jagland  15 iyul çevriliş təşəbbüsü məsələsində Türkiyə ilə həmrəy olduqlarını vurğulayıb, dialoq və əməkdaşlığın davam etdirilməsinə əhəmiyyət verdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr