"Bunlar bitmədən kimsə bizdən fövqəladə vəziyyəti aradan qaldırmağı gözləməsin", R.T.Ərdoğan

Ankara Ticarət Odasında təşkil edilən "Bir insan haqqları pozulmasıdır 15 İyul" panelində çıxış edən Ərdoğan deyib.

771075
"Bunlar bitmədən kimsə bizdən fövqəladə vəziyyəti aradan qaldırmağı gözləməsin", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Terrorla mübarizədə hədəfə çatdığımız zaman Fövqəladə Vəziyyəti (OHAL) aradan qaldıracağıq”, - söylədi.

  Ankara Ticarət Odasında təşkil edilən "Bir insan haqqları pozulmasıdır 15 İyul" panelində çıxış edən Ərdoğan deyib:

  “Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PYD) 15 iyulda qanlı çevriliş cəhdinə qarşı verilən mübarizə dünya demokratiya tarixində bir ilk oldu. 15 İyul Çevriliş Cəhdi, eyni zamanda, əlaltıların əliylə görülən bir işğal cəhdi oldu. Çevriliş cəhdi edənlər millətə qarşı mərhəmətsiz rəftar, vəhşilik göstərdilər, qan tökdülər, əsil niyyətlərini açıq şəkildə ortaya qoydular.

  Qərb ölkələri tez-tez Türkiyədəki fövqəladə vəziyyəti gündəmə gətirirlər. Fransada çevriliş cəhdi olmadığı halda fövqəladə vəziyyət dəfələrlə uzadılır, amma qərb ölkələrinin heç biri bunu gündəmə gətirmir. Bizdəbn soruşurlar: “Fövqəladə Vəziyyəti nə zaman qaldıracaqsınız?” Cavab veririrk: “Bütün bu narahatlıqlar bitdiyi zaman fövqəladə vəziyyəti qaldıracağıq. Terrorla mübarizədə hədəfə çatdığımız zaman fövqəladə vəziyyəti aradan qaldıracağıq. Bunlar bitmədən kimsə bizdən fövqəladə vəziyyəti aradan qaldırmağımızı gözləməsin".



Әlaqәli Xәbәrlәr