Qətər xarici işlər naziri Türkiyəyə gəlir

Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl sani bu gün rəsmi səfərlə Türkiyəyə gəlir.

770364
Qətər xarici işlər naziri Türkiyəyə gəlir

Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl sani bu gün rəsmi səfərlə Türkiyəyə gəlir.
 
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl sani ilə görüşəcək.
 
 Çavuşoğlunun daha sonra qətərli həmkarı ilə birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur.
 
 Əl Sani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
 
 Görüşlərdə Qətərlə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr