Konyada və Bingöldə terrorla mübarizə əməliyyatları müvəffəqiyyətlə davam edir

Türkiyədə DEAŞ və PKK- ya qarşı aparılan əməliyyatlar əzmlə davam edir.

769596
Konyada və Bingöldə terrorla mübarizə əməliyyatları müvəffəqiyyətlə davam edir

Türkiyənin Konya şəhərində polisin DEAŞ hücrəsinə təşkil etdiyi əməliyyat zamanı yaranan qarşıdurmada beş terrorçu ölü olaraq ələ keçirildi.

Konya Polis İdarәsinin Terrorla Mübarizə Şöbəsinin dəstələrinin həyata keçirdiyi əməliyyatda dörd polis yaralandı.

Təxminən 2.5 saat davam edən əməliyyatdan sonra evdə 2 tapanca, 5 kalaşnikof tüfəngi və bunlara aid güllələr tapıldı.

Əməliyyat çərçivəsində polis11 ünvana basqın təşkil etdi, 8 şübhəli yaxalandı.

Bingölün Yayladərə rayonun da isə polis terror təşkilatı PKK-ya qarşı keçirdiyi əməliyyatda 3 terrorçunu zərərsizəşdirdi.

 


Etiketlәr: #Konya , #DEAŞ , #PKK , #Bingöl , #polis

Әlaqәli Xәbәrlәr