Türkiyədən Cerablusa dönüşlər davam edir

Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi altında ötən il həyata keçirilən "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Hələb şəhərinin terror təşkilatı DEAŞ-dan azad olunan Cerablus qəsəbəsinə  qayıdanların sayı 44 min 643-ə çatdı.

768731
Türkiyədən Cerablusa dönüşlər davam edir

Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi altında ötən il həyata keçirilən Fərat Qalxanı əməliyyatı çərçivəsində Suriyanın Hələb şəhərinin terror təşkilatı DEAŞ-dan azad olunan Cerablus qəsəbəsinə  qayıdanların sayı 44 min 643-ə çatdı.
 
 Türkiyəyə sığınan suriyalılar ölkələrinə getmək üçün Qaziantep Valiliyinə müraciət edirlər.
 
  Qadın, uşaq və yaşlılardan ibarət suriyalılar Karkamış gömrük qapısındakı əməliyyatlardan sonra ölkələrinə qayıdırlar.
 
 Bu insanlar Karkamış idman zalındakı qeydiyyat əməliyyatlarından sonra təhlükəsizlik nəzarətindən keçirilərək Cerablusa göndərilir.
 
 Qaziantep Miqrasiya İdarəsinin müdiri Oqtay Bahçeci 7 sentyabr 2016-cı ildən etibarən Suriyaya keçidlərin başladığını bildirir.



Әlaqәli Xәbәrlәr