TRT World 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı panellər təşkil edəcək

Türkiyənin ilk ingilisdilli xəbər kanalı TRT World Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul xain dövlət çevrilişi cəhdi barədə 10 fərqli ölkədə panellər həyata keçirəcək.

768782
TRT World 15 iyul dövlət çevrilişi cəhdi  ilə bağlı panellər təşkil edəcək

Beynəlxalq xəbərçilik anlayışına yeni bir düşüncə tərzi gətirməyi hədəfləyən Türkiyənin ilk ingilisdilli xəbər kanalı TRT World Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul xain dövlət çevrilişi cəhdi barədə 10 fərqli ölkədə panellər həyata keçirəcək.
 
 TRT World-dən verilən məlumata görə, televiziyanın bazasında yaradılan araşdırma mərkəzi tərəfindən iyul, avqust və sentyabr aylarında mövzu ilə əlaqədar konfrans və panellər təşkil olunacaq. Toplantılarda FETÖ-nün dövlət çevrilişi cəhdini ev sahibi ölkələrinin jurnalistləri, mütəxəssisləri və siyasətçiləri müzakirə edəcəklər
 
İngiltərə, Belçika, Rusiya, Yaponiya, Qətər, İran, Cənubi Afrika, Azərbaycan, Bosniya və Herseqovina və Kanadada keçiriləcək toplantılarda 15 iyul dövlət çevrilişi cəhdinin arxa planından, bunun Türkiyənin daxili və xarici siyasətinə təsirlərindən, FETÖ ilə mübarizədə qət edilən yollardan danışılacaq.
 
TRT World dövlət çevrilişi cəhdini xarici jurnalistlərin gözü ilə təhlil edən və redaktoru Xəlil Berktay olan kitabı da bu toplantılarda təqdim edəcək. 

15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı panellər bu həftə (Azərbaycan) Bakı, (İngiltərə) London və (Yaponiya) Tokioda baş tutacaq üç sessiya ilə başlayacaq.
 
İyulun 12-də Azərbaycanda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) ilə birgə təşkil olunan və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Necdet Ünüvarın, millət vəkili Ayşe Keşirin və TRT World xəbər direktoru Fateh Erin iştirakı ilə başlayacaq sessiyalar Londonda RUSİ ilə birgə təşkil olunan və dövlət başçısının baş müşaviri Gülnur Aybetin, xarici işlər nazirliyinin əməkdaşı Fatma Ceren Yazqanın vəTRT World proqram direktoru Rəsul Sərdar Ataşın iştirakı ilə,  iyulun14-də İngiltərədə və Tokioda SASAKAWA Sülh Fondu ilə birgə təşkil edilən və Prezident Aparatının Kommunikasiya Şöbəsinin sədri Mücahid Küçükyılmazın, Sabancı Universitetinin müəllimi, tarixçi Xəlil Berktayın və SETA Təhlükəsizlik Araşdırmaları şöbəsinin direktoru Murad Yeşiltaşın iştiraklı ilə Yaponiyada keçiriləcək toplantəlarla davam edəcək.



Әlaqәli Xәbәrlәr