Ərdoğan və Putin Almaniyada görüşdü

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyada təşkil edilən G 20 Liderlər Zirvə toplantısı zamanı Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

766969
Ərdoğan və Putin Almaniyada görüşdü

  Təxminən 1 saat davam edən görüşdə Türkiyə heyətindən Baş nazir müavini Mehmet Şimşek, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, Milli Kəşfiyyat Təşkilatı (MİT) müşaviri Hakan Fidan və dövlət başçısı müavini və sözçüsü İbrahim Kalın da iştirak edib.

  Ərdoğan görüşün mətbuata açıq hissəsində etdiyi çıxışında deyib: “Türkiyə-Rusiya əlaqələri bölgəyə müsbət nəticələrə verməkdədir. Bu, iki ölkə xalqı və dünyaya nümunədir və fayda verəcək. İstər iqtisadi əlaqələr, istər turizm, istərsə də müdafiə sənayesində əldə olunan nailiyyətlər Türkiyə-Rusiya əlaqələrini daha güclü bir mövqeyə gətirəcək. Bu münasibətlər Suriya, İraq və münaqişə bölgələrinə də müsbət təsir edəcək. Mən görüşümüzə bu baxımdan çox əhəmiyyət verirəm. Putinə şəxsən və millətim adından təşəkkür edirəm."



Әlaqәli Xәbәrlәr