Türkiyə Ap-nin  qərarına sərt reaksiya verib

Türkiyə, Avropa Parlamentinin, müzakirələrin təxirə salınmasını nəzərdə tutan qərarına reaksiya verib.

765984
Türkiyə Ap-nin  qərarına sərt reaksiya verib

Xarici işlər nazirliyindən mövzu ilə əlaqəli verilən açıqlamada: “Əsassız iddialara və böhtanlara əsaslanan qərar Avropa parlamentinin etibarını  zədələyib. Qərar  Türkiyə üçün heç nə  ifadə  etmir.

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik də təşkil etdiyi mətbuat konfransında AP-nin qərarına sərt reaksiya göstərib və raportu qəbul etmədiklirini bildirib.

Avropa parlamentinin  siyasi xarakterli qərar qəbul etdiyini ifadə edən Ömər Çelik, obyektiv olmayan raportun heç bir  hökmünün olmadığını ifadə edərək: “Türkiyənin indiyə dək  atdığı addımlara biganə qalan, Erməni məsələsində tək tərəfli tarix anlayışını mənimsəyən bu hesabatı qəbul etmirik. Bu raport, əməkdaşlıq hesabatı deyil. Avropa parlamentindən gözləntimiz, uyğun əməkdaşlıq üçün zəmin yaradan, yeni körpülər salan, tənqidlərlə yanaşı irəliləyişə imkan yaradan hökmlər qəbul etməsidir. Bu hesabat bir təxribat arayışıdır. AP-nin hesabatını son iki ildə  olduğu kimi bu il də heçə sayırıq. Raport olduğu kimi geri qaytarılacaq. “Bu hesabat, AP-nin Türkiyə-AB əlaqələrinin əhəmiyyətinin idrakında olmadığının göstəricisidir” deyə vurğulayıb.

 16 Apreldəki referendumda   seçici  fəallığı  86%  oldu. Səffaf və xalqın qəbul etməsiylə reallaşdı  deyən Ö.Çelik sözlərinə belə davam edib: "Türkiyədən tələb edilir ki, xalqın iradəsinə laqeyd qalınsın. Bu geyri mümkündür. AP belə çağırışlar etmə hüququna sahib deyildir. Bu anti-demokratik yanaşmadır. AP-i xalqın iradəsinə hörmət göstərməlidir”.

 



Әlaqәli Xәbәrlәr