İndoneziya prezidenti Türkiyәyә sәfәr edib

İndoneziya prezidenti Joko Vidodo dövlәt başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyә sәfәr edib.(YENİLƏNİB)

765678
İndoneziya prezidenti Türkiyәyә sәfәr edib

İndoneziya prezidenti Joko Vidodo dövlәt başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyә sәfәr edib.

J.Vidodonu Ankara Esenboğa hava limanında baş nazirin müavini Nurəddin Canikli  və digər rəsmilәr qarşılayıb.

Qonaq prezidenti  Ərdoğan rəsmi mərasimlə qarşılayıb. Sonra isə iki lider arasında təkbətək örüş baş tutub.

Mәlumata görә, görüşdə iki tərəfli əlaqələrlə regional və beynəlxalq münasibətlәr müzakirә olunub.

İki ölkə arasında səhiyyə və iqtisadiyyat sahəsində iki müqavilə imzalanıb.

Dövlət başçısı Ərdoğan və indoneziyalı həmkarı Widodo daha sonra birgə mətbuat konfransı keçiribləuş

Ərdoğan "Fərat qalxanı" əməliyyatı ilə aralarında quldurbaşlarının da olduğu 3 mindən artıq DEAŞ-lı quldurun məhv edildiyini bildirərək deyib ki,  indiyədək Cənubi Asiyalıların da aralarında olduğu terrordan şübhəli bilinən adamı ölkədən çıxardıq. 53 min nəfərin isə ölkəyə girməsi qadağandır. Sərhəd məntəqəsindən DEAŞ-lı terrorçuları tamamilə təmizləyərək 100 min suriyalı qardaşımızın bu bölgələrə qayıtmalarına imkan yaratdıq.

Dövlət başçısı "DEAŞ və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) iki ölkə üçün də təhdiddir. Qərəzli düşüncəli insanlar ilə mübarizemizi gücləndirəcəyik, bizim üçün terrorçular arasında fərq yoxdur, bölgəmizi təmizləmək üçün cəhdlərimiz davam edir" deyib.

Görüşlərdə konkret əməkdaşlıq sahələrini vurğulayan qonaq prezident isə bu sahələri yatırım, müdafiə sənayesi, enerji sahəsindəki əməkdaşlıq və terrorla mübarizə olaraq sadalayıb.

 



Әlaqәli Xәbәrlәr