Türkiyə Almaniyaya etiraz notası verdi

Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan haqqında  Almaniyada keçirilən qərəzli aksiyaya görə bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası verib.

764637
Türkiyə Almaniyaya etiraz notası verdi

Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan haqqında  Almaniyada keçirilən qərəzli aksiyaya görə bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası verib.

Bununla əlaqədar Türkiyənin Berlindəki səfirliyi təcili Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.

Qeyd edək ki, iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakatda Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda yazılıb ki, “bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür.

“Siyasi Gözəllik Mərkəzi” adlı təşkilatın fəalı olan Philipp Ruch (Filip Ruc) daha əvvəl də oxşar qərəzli aksiya keçirmişdi.   

Mərkəz daha əvvəl Berlində bir qəfəsə qoyulan iki pələngə veriləcək yemin qaçqın olacağını elan etmişdi. Aksiya alman ictimaiyyətində etirazla qarşılanmışdı.

Digər bir aksiyada isə mərkəz Berlində Aralıq dənizində göya həyatını itirən bir qaçqın üçün dəfn mərasimi hazırlamış, ancaq tabutun içində cənazə olub olmadığı yaxud qaçqının şəxsiyyətinə dair məlumat ötürməmişdi.



Әlaqәli Xәbәrlәr