Türkiyə Almaniyadakı fitnəkar aksiyanı pislədi

Türkiyə Almaniyada hökumət binası qarşısında Phlipp Ruch adlı sənətçinin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan haqqında  keçirdiyi qərəzli aksiyanı sərt şəkildə pislədi.

764697
Türkiyə Almaniyadakı fitnəkar aksiyanı pislədi

Türkiyə Almaniyada hökumət binası qarşısında Phlipp Ruch adlı sənətçinin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan haqqında  keçirdiyi qərəzli aksiyanı sərt şəkildə pislədi.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib: "Berlində baş nazirlik binasının qarşısında həyata keçirilən və cənab Prezidentimiz başda olmaqla bəzi dünya liderlərini hədəf götürərək açılan plakatlı aksiyanı sərt şəkildə qınayırıq."

Açıqlamada qeyd edilib ki, plakatda yazılı ifadədə, şəkildə yer tutan liderlərin həyatına qəsd edilərək, birbaşa zorakılıq təbliğ edilmişdir.  Daha dəhşətli olan vəziyyət isə budur ki, alman polisi aksiyanın keçirildiyi yerdədir və buna müdaxilə etmir. Bu aksişa Almaniyada artan irqçilik və xarici düşmənliyinin hansı nöqtəyə çatdığını göstərən yeni bir nümunədir. Türkiyənin narahatlığı Almaniyanın Ankara Səfirliyinə və bir nota ilə Almaniya Xarici İşlər Nazirliyinə bildirildi.

Baş nazirlik binasının qarşısında reallaşan bu hadisənin heç bir şəkildə qəbul edilə biləcək bir cəhətinin olmadığı vurğulanan açıqlamada qeyd olunub ki,  zorakılığı açıqca təbliğ edən bu vəziyyət qarşısında Almaniya qurumlarının təcili olaraq vacib tədbiri görməsiniı gözləyirik.

Sosial şəbəkədə də bu hadisəyə xeyli insan öz reaksiyasını göstərdi.

Bəzi istifadəçilər "Xuntaçı Sisini qırmızı xalça ilə qarşılayan Almaniya xalqın böyük dəstəyi ilə seçilən Ərdoğanı öldürməkdə təhdid edir." ifadələrini yazıb.



Әlaqәli Xәbәrlәr