"Təməllərini atdığımız təşkilatın 25-ci ildönümünü coşğuyla qeyd edirik", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu ilin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üçün xüsusi məna daşıdığını vurğulayıb.

765024
"Təməllərini atdığımız təşkilatın 25-ci ildönümünü coşğuyla qeyd edirik", R.T.Ərdoğan

  "1992-ci ildən sonra yenə burada - İstanbulda təməllərini atdığımız təşkilatın 25-ci ildönümünü coşğuyla qeyd edirik" deyən Ərdoğan Türkiyə Böyük Millət Məclisinin rəhbərliyilə İstanbulda təşkil edilən Qara dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (KEİPA) 49-cu Baş Məclisinə xitab edib. Tədbirin Milli Məclisə, ölkələrə, bölgə və bütün insanlığa xeyir gətirməsini diləyən Ərdoğan ​​deyib:

  "2017-ci il Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üçün xüsusi məna daşıyır. 1992-ci ildə olduğu kimi yenə burada - İstanbulda təməllərini atdığımız təşkilatın 25-ci ildönümünü coşğuyla qeyd edirik. Aradan keçən əsrin dörddə biri qədər müddətdə təşkilatın hər baxımdan gücləndiyini görürük. 25 il əvvəl bizi hərəkətə keçirən həssaslıqları, qurucu dəyərlərimizi bu gün də eyni şəkildə davam etdiririk. Aralarında anlaşılmazlıqlar olan ölkələr belə eyni masa ətrafında bir araya gələrək regional iqtisadi məsələləri böyük müstəvilərdə müzakirə edir, ortaq həll yolları axtarırlar. Qarşıdurmaların, regional gərginliklərin artdığı bir dövrdə bu müvəffəqiyyət çox əhəmiyyətlidir, hamımızı məmnun edir. Bu əməkdaşlıq mədəniyyətinin formalaşmasında Qara dəniz ölkələri parlamentləri üzvlərinin dəstəyi böyükdür. Bugünkü tədbir də sülh və təhlükəsizliyin qorunmasında bir açar rolu oynamacaq.”



Әlaqәli Xәbәrlәr