“15  iyul çevriliş cəhdini  unudmadıq, unudmayacayıq”: M.Ünal

Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət İdarəçiliyi (feto / PDY)-nin uğursuzluqla nəticələnən 15 İyul çevriliş cəhdinin il dönümü yad  etmə tədbirlərinə 11 İyulda start veriləcək.

764327
“15  iyul çevriliş cəhdini  unudmadıq, unudmayacayıq”: M.Ünal

Ədalət və İnkişaf Partiyasının vitse-prezidenti və Partiya sözçüsü Mahir Ünal mövzu ilə bağlı verdiyi açıqlamada: “15 İyul Demokratiya və Milli Birlik Günü” münasibətiylə 81 vilayətdə təşkil edilməsi planlaşdırılan tədbirlərə 11 İyulda start veriləcək. 15 İyul gecəsi prezident Rəcəb Tayyib Ərdoğanın iştirakıyla Demokratiya keşiyi  mitinqi  təşkil ediləcək”.

Ötən il 15 iyul gecəsi, hər kəsin əl-ələ verərək küçələrə axışdığını xatırladan Mahir Ünal, sözlərini belə davam etdirib: Bu il də 15 İyul gecəsi Şəhidlər körpüsündə toplaşacayıq. Başda Türkiyə Böyük Millət Məclisi olmaqla müqavimətin simvolu olan bütün məkanlarda olacayıq. Gəcə yatmayacayıq. Qəhrəmanlarımızı yad edəcəyik. Bütün mənfi təbliğatlara baxmayaraq, 15 İyulun əhəmiyyəti, qiyməti və 15 İyul gecəsi millətin necə bir dastan yazdığını unutmadıq, unudmayacayıq”.

 



Әlaqәli Xәbәrlәr