"Türkiyə, Suriyanın şimalına yeni bir əməliyyat təşkil edəbilər": Ərdoğan

Prezident R.T. Ərdoğan, Şanlıurfa vilayətinin Harran rayonunda Suriyalı qaçqınların qaldıqları düşərgəni ziyarət edib.

760675
"Türkiyə, Suriyanın şimalına yeni bir əməliyyat təşkil edəbilər": Ərdoğan

Qaçqın düşərgəsini ziyarət etdikdən sonra İzvestiya qəzetinə müsahibə verən prezident Ərdoğan, Suriyanın şimalında bir kürd dövlətinin yaradılmasına icazə verməyəcəklərini daha bir dəfə xatırladaraq, ən kiçik təhdid qarşısında belə bölgəyə istiqamətli yeni bir əməliyyatdan imtina edilməyəcəyini, buna Türkiyənin hazır olduğunu bildirib.

Suriyada mənfi proseslərin cərəyan etdiyini ifadə edən prezident Ərdoğan, bu vəziyyətin Türkiyə sərhədləri üçün təhdid yaradması halında, Fərat Qalxanı Harəkatında olduğu kimi lazımlı cavabın dərhal veriləcəyini vurğulayıb. Prezident daha əvvəl Menbiç və Rəqqanı terrorist qruplardan təmizləməkdə hazır olduqlarını səsləndirdiklərini, ancaq ABŞ liderliyindəki koalisiya qüvvələrininin Kürd qruplara dəstək verdiklərini, Ankaranın, 'strateji partnyoru ABŞ-ın terrorçularla birgə hərəkət etdiyini, rəsmi Ankaranın isə bundan narahat olduğunu qeyd edib.

Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasından Vladimir Avatkov, İzvestiya qəzetinə verdiyi açıqlamada Türkiyənin, Suriyanın şimalında yeni bir hərbi əməliyyat həyata keçirmə ehtimalının güçlü olduğunu bildirib. Avatkov, ABŞ-ın Kürdlərlə əməkdaşlığından Ankaranın narahat olduğunu, prezident Ərdoğanın bu barədəki xəbərdarlığının artdığını, Türkiyənin NATO ilə əlaqələrə baxma ehtimalı səbəbiylə bu xəbərdarlıqların ciddi qəbul edilməsinin lazım gəldiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr