Elazığda bir hərbçi şəhid olub

Türkiyənin Elazığ şəhərində  təhlükəsizlik qüvvələri ilə separatçı terror təşkilatı PKK arasında baş verən qarşıdurma nəticəsində  bir əsgər şəhid olub.

759858
Elazığda bir hərbçi şəhid olub

Türkiyənin Elazığ şəhərində təhlükəsizlik qüvvələri ilə separatçı terror təşkilatı PKK arasında baş verən qarşıdurma nəticəsində  bir əsgər şəhid olub.

Karakoçan qəsəbəsinin Yeşilbelen kəndində əməliyyat keçirən təhlükəsizlik qüvvələrinə terrorçular tərəfindən atəş açılıb.

Hadisə nəticəsində baş verən qarşıdurmada 2 hərbçi yaralanıb.

Helikopterlə Bingöl Dövlət Xəstəxanasına çatdırılan yaralanan hərbçilərdən  biri edilən bütün tibbi müdaxilələrə baxmayaraq şəhid olub. Digər hərbçinin müalicəsinin davam etdiyi bildirilir.

Bölgədə əməliyyatlar davam edir.

Digәr tәrәfdәn Sivasda әsgәrlәri daşıyan maşının aşması nәticәsindә bir әsgәr hәyatını itirib, 5 әsgәr dә yaralanıb.



Әlaqәli Xәbәrlәr