Son bir həftədə 53 terrorçu məhv edildi

Son bir həftədə PKK terror təşkilatına mənsub 53 terrorçu məhv edildi.

758190
Son bir həftədə 53 terrorçu məhv edildi

Son bir həftədə PKK terror təşkilatına mənsub 53 terrorçu məhv edildi.

Şırnak, Hakkari, Diyarbəkir, Bingöl, Əlazığ və Siirt şəhərlərində həyata keçirilən əməliyyatlarda  zərərsizləşdirilən terrorçulardan üçü lider kadrıdır.

Əməliyyatlar nəticəsində xeyli miqdarda silah-sursat da ələ keçirilib.

Terrorçuların istifadə etdiyi 58 sığınacaq yeri, mağara və anbar dağıdılıb.

Terror təşkilatının ən önəmli maliyyə mənbələrindən narkotik maddə istehsalı, ticarəti və qaçaqçılığı ilə mübarizə əməliyyatları və sərhəd məntəqəsində görülən tədbirlər nəticəsində xeyli miqdarda narkotik maddə ələ keçirilib.  

Qeyri-leqal yollardan keçməyə cəhd göstərən 7 min 851 nəfər yaxalanıb.

Digər tərəfdən İraqın Nirva Seytu dağının qərbində qazıntı işlərinin davam etdiyi 4 koridordan ibarət mağara aşkarlanıb.

Son illərin ən böyük zərbəsi vurulan və kadrlarının böyük hissəsini itirən, xüsusilə lider kadrındakı itkiyə görə çətinliklərlə qarşılaşan və yeni üzvlərin qatılmamasına görə bu itkilərini bərtərəf edə bilməyən quldur təşkilatı PKK son aylarda xeyli çətin vəziyyətlə qarşı-qarşıyadır.

Digər tərəfdən Suriyanın şimalında həyata keçirilən əməliyyat çərçivəsində Azəz və Cerablus arasında yerləşən 243 yaşayış məntəqəsi və 2 min 15 kilokvadratmetrlik sahəyə nəzarət ələ keçirilib.

Əl Bab qəsəbəsinin mərkəzi ilə yanaşı Kabbasin və Bzagah bölgələrində partlayıcı və mina axtarış-təmizləmə fəaliyyətləri davam etdirilib.



Әlaqәli Xәbәrlәr