Türkiyə qırıcı təyyarət buraxır

2030-ci ilə qədər F-16 qırıcı təyyarələri, yerli istehsal olan qırıcılar əvəz edəcək. Bunu müdafiə naziri Fikri Işık deyib.

757520
Türkiyə qırıcı təyyarət buraxır

Milli Müdafiə Naziri Fikri Işık, Konya 3-cü Ana Jet Baza komandirliyində əsgərlərlə ilə iftar yeməyində bir araya gəlib.

Nazi Işık iftar yeməyində etdiyi çıxışında Türk Müdafiə sənayesinin sürətlə inkişaf etdiyini: “Qıssa müddət əvvələ dək hərbi sursatlarımızı belə xaricdən satın alarkən, daha günümüzdə bunların 65%-ni yerli imkanlarla istehsal edirik. Türkiyə, 2019-cu ilin sonuna dək bu rəqəmi 85 faizə qaldırmağı məqsəd götürüb. Bizim iki əsaslı hədəfimiz var. Bunlardan biri qırıcı istehsal etməkdir. Bu layihəmizlə əlaqəli işlər sürətlə davam edir. 2023-cü ildə ilk buraxılacaq növün uçuşunu reallaşdırmağı planlayırıq. 2030-ci ildə isə F-16 qırıcıları əvəz edəcək yerli təyyarələrimiz istifadəyə hazır olacaq.



Әlaqәli Xәbәrlәr