Mövlud Çavuşoğlu Yaponiyaya xәbәrdarlıq edib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Yaponiyada keçirdiyi görüşlәri çәrçivәsindә  Sasakawa Sülh Fondunda çıxış edib.

757426
Mövlud Çavuşoğlu Yaponiyaya xәbәrdarlıq edib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Yaponiyada keçirdiyi görüşlәri çәrçivәsindә  Sasakawa Sülh Fondunda çıxış edib.

Yaponiyaya xәbәrdarlıq edәn Mövlud Çavuşoğlu  FETÖ-nün Yaponiyada  çox fәal olduğunu deyib.

İyulun 15-dә FETÖ-nün xain vә qanlı dövlәt çevrilişinә cәhd etdiyini xatırladan Mövlud Çavuşoğlu: "Türk milləti əlində heç bir silah olmadan yalnız Türk bayraqları ilə küçələrə axışaraq  bu çevriliş cәhdinin qarşısını aldı. FETÖ üzvü terrorçular tankları insanların üzərinə sürdülər, amansızcasına insanları öldürdülər. Çevriliş cәhdi nәticәsindә 250 nәfәr şәhid oldu, tәxminәn 2200 nәfәr dә yaralandı’’ deyib.

FETÖ üzvlәrinin  hiyləgər bir şəkildə dövlət müəssisələrinə  sızdığını  vurğulayan Mövlud  Çavuşoğlu: "Türkiyә Xarici İşlәr Nazirliyindәki  diplomatların 25 faizi işdәn çıxarıldı.  Çünki bunlar  dövlətə  vә  nazirliyә sadiq deyildilәr’’ deyә bildirib.

Terror tәşkilatına sadiq olan insanlarla çalışıla bilməyəcəyini bildirәn Mövlud Çavuşoğlu:  ‘‘Bu tәşkilat bәzi ölkәlәrә vә onların gizli orqanlarına xidmәt edir. Vә tәәssüf ki, bu tәşkilat Yaponiyada da çox fәaldır’’ deyәrәk Yaponiyaya xәbәrdarlıq edib



Әlaqәli Xәbәrlәr