Bölgədə terrorçulara qarşı əməliyyat davam edir

Türkiyənin Tunceli şəhərində təhlükəsizlik qüvvələri ilə PKK-lı terrorçular arasında yaranan toqquşmada 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb.

755027
Bölgədə terrorçulara qarşı əməliyyat davam edir

Türkiyənin Tunceli şəhərində təhlükəsizlik qüvvələri ilə PKK-lı terrorçular arasında yaranan toqquşmada 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata əsasən, Nazımiyə qəsəbəsinin çölündə terror təşkilatlarının fəaliyyətlərinin qarşısının alınması məqsədilə əməliyyat həyata keçirən təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya gələn terrorçular arasında toqquşma yaranıb.

Qarşıdurma nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb.

Bölgədə terrorçulara qarşı havadan dəstəklənən əməliyyatın davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr