Türkiyə, Fransa və Qətər liderləri Körfəz böhranını müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Macron və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani telekonfrans vasitəsilə Körfəz ölkələri ilə Qətər arasında yaşanan gərginliyi müzakirə etdilər.

754458

 Prezident Aparatından verilən məlumata görə, liderlər böhranın həlli ilə bağlı  keçirilən görüşlərdən danışıb, bölgədəki gərginliyin tez bir zamanda  azaldılmasının zəruriliyini vurğulayıblar.
 
 Liderlər mövcud gərginliyin sanksiyalarla deyil, dialoq və müzakirə yolu ilə həll edilə biləcəyinə, bu istiqamətdəki səylərin dəstəklənməli olduğuna diqqəti çəkiblər.
 
 Terrorun hər növünə qarşı olduqlarını ifadə edən liderlər  terror təşkilatlarının birmənalı şəkildə tanınması lazım olduğunu bildiriblər.
 
 Liderlər məsələ ilə əlaqədar yaxın təmaslarda olmaq barəsində də razılığa gəliblər. 

Әlaqәli Xәbәrlәr