Son bir həftədə 60 terrorçu  məhv edildi

Son bir həftədə PKK terror təşkilatına mənsub 60 terrorçu  məhv edildi.

753726
Son bir həftədə 60 terrorçu  məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Şırnak, Hakkari, Diyarbəkir, Bingöl, Əlazığ, Mardin və Siirt ərazilərində həyata keçirdiyi əməliyyatlarda xeyli sayda silah-sursat və partlayıcı maddə ələ keçirildi. Terrorçuların istifadə etdiyi 52 sığınacaq yer, mağara və anbar dağıdıldı.

PKK-nın maliyyə mənbələrinə qarşı həyata keçirilən əməliyyatlarda da xeyli miqdarda narkotik maddə ələ keçirildi.

Serhəd məntəqələrindən qeyri-qanuni yollarla keçməyə cəhd göstərən 5 min 617 nəfər yaxalandı.

Xüsusilə Şırnaq şəhəri başda olmaqla ölkənin şərq vilayətlərində həyata keçirilən geniş dairəli əməliyyatlarda ələ keçirilən sila-sursat ilə məhv edilən terrorçulara görə PKK-nın üzərindəki təzyiqin artdığı və gücünü itirməkdə davam etdiyi və çətin vəziyyətdə olduğu bildirilib.

Suriyanın şimalında həyata keçirilən əməliyyat çərçivəsində isə Azəz və Cerablus arasında yerləşən 243 yaşayış məntəqəsi ilə 2 min 15 kilokvadratmetrlik sahəyə nəzarət ələ keçirilib.

Əl Bab qəsəbəsinin mərkəzi ilə yanaşı Kabbasin və Bzagah bölgələrində partlayıcı və mina axtarış-təmizləmə fəaliyyətləri davam etdirilib. PKK/PYD mənsubu terrorçuların Afrindən şərqə, Münbiçdən qərbə ola biləcək hücumlarının qarşısının alınması üçün görülən tədbirlərin də davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr