"Hücumlar, təbii ki, bundan sonra da davam edəcək", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin sabitliyinin qısqanclığa səbəb olduğunu söyləyib.

753804
"Hücumlar, təbii ki, bundan sonra da davam edəcək", R.T.Ərdoğan

  Ankara Cumhurbaşkanlığı Kompleksində təşkil olunan Ankara Dövlət Protokol İftarı proqramında iştirak və çıxış edən Ərdoğan Türkiyənin sabitlik əldə etdiyi üçün hədəf seçildiyini vurğulayaraq deyib:

  “Buna görə də ölkənin siyasi, ictimai, iqtisadi uğurlarına görə hücumlar, təbii ki, bundan sonra da davam edəcək. Türkiyə qısqanılan bir ölkə, milləti də qısqanılan bir millət olub. Bu səbəbdən ölkəmizin təhlükəsizlik anlayışında köklü bir dəyişikliyə getməyə ehtiyac yarandı. Hücumları öz sərhədlərimiz və ölkəmiz içində kifayət qədər gördük. Bundan sonra problemlərə birbaşa müdaxilə edə biləcək, həll yollarını mənbəyində axtaracağıq. Fərat Qalxanı Hərəkatı bu anlayışın nə qədər məqsədəuyğun və nəticəverici olduğunu bizə göstərdi.

  Türkiyəni terror təşkilatları mühasirəsinə salan oyunçuların ilk pərdəsini pozmuşuq. Terrora qarşı lazım olan addımları bundan sonra da dərhal atacağıq.  

  Terror təşkilatı DEAŞ-a ən ağır itkiləri verdirən ölkə Türkiyədir. DEAŞ-la qapı arxasında koalisiya quranları da bilirik.

  Türkiyə 780 min kilometrlərdən də böyük vətəndir. Terrora qarşı mübarizədə qərarlıyıq. Kimsə bu vətən torpaqlarında əməliyyat aparmağı düşünməsin. Bu əməliyyatları düşünənlər ölkə içində və xaricində ağır əvəz ödəyirlər və ödəyəcəklər. Hara gedərlərsə, biz də arxasınca gedəcəyik.

  İqtisadiyyatda də Türkiyəyə tətbiq olunan gizli mühasirə qırılır. İnkişaf faizimiz də bunu göstərir. Bu ilin ilk rübündə iqtisadiyyatda 5 faiz yüksəliş bütün oyunları pozub. İnkişaf davam edir.”



Әlaqәli Xәbәrlәr