Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qərarına sərt reaksiya göstərdi

Ankara səfiri Con Bass Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı.

753707
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qərarına sərt reaksiya göstərdi

Vaşinqton polis idarəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş 12 mühafizəçisinin həbsinə dair order verildiyini bildirib.

Dövlət başçısı Ərdoğan qərara sərt reaksiya göstərərək deyib ki, bu necə hüqqudur. Mühafizəçilər məni qorumayacaqsa, mən onları nə üçün Amerikaya aparıram?

Qeyd edək ki, Dövlət başçısının ABŞ-a səfəri zamanı terror təşkilatı PKK tərəfdarı qrup tərəfindən Türkiyənin Vaşinqton Səfirliyi qarşısında toplaşan Türklərə hücum edilmişdi.

ABŞ-ın yüksək səviyyəli səfərlərdə gördüyü tədbirlər bu dəfə tətbiq edilmədi. Hücum zamanı ABŞ təhlükəsizlik qüvvələrinin müdaxiləsi kifayətsiz qaldı. Vəziyyət belə olduqda Dövlət başçısı Ərdoğanın mühafizəçiləri müdaxilə etdi. Hadisədən sonra ABŞ rəsmiləri istintaq başlatdı. İstintaqda hücum edən qrup yox Türk vətəndaşları və mühafizəçilər ittiham edildi.

Qərar qarşısında ABŞ-ın Ankara səfiri Con Bass Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı.

XİN-in məsələ ilə bağlı bəyanatında bildirilib ki, Vaşinqton polisi mayın 16-da baş vermiş insidentlə əlaqədar prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verdikdən sonra ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır.  



Әlaqәli Xәbәrlәr