"Bizə məhkəmə deyənlər bizim məhkəməmizə hörmət etsinlər", R.T. Ərdoğan

Dövlət başçısı Ərdoğan Portuqaliyanın “RTP” telekanalına müsahibə verib.

754134
"Bizə məhkəmə deyənlər bizim məhkəməmizə hörmət etsinlər", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-nın Suriyanın Rakka şəhərini terror təşkilatı DEAŞ-dan təmizləmək üçün başqa bir terror təşkilatı YPG ilə əməkdaşlıq etməsinə bir daha reaksiya göstərdi.

Dövlət başçısı Ərdoğan Portuqaliyanın “RTP” telekanalına müsahibəsində deyib ki, ABŞ əsgərləri terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG ilə birlikdə hərəkət edir. ABŞ bu terror təşkilatına ağır silahlar belə verir.

Ərdoğan keçən ay bu ölkəyə səfəri zamanı Trumpa etdiyi xəbərdarlıqlara baxmayaraq ABŞ-ın Rakka əməliyyatını PYD/PKK ilə reallaşdırmaqda israr etdiyini söyləyib.

Ərdoğan deyib ki, əgər ölkəmizə ən kiçik bir təcavüz olsa biz heç kəsə müraciət etmədən, heç kəslə danışmadan lazım olan cavabı verərik.

Türkiyə-Avropa İttifaqı əlaqələrinə də toxunan Ərdoğan Türkiyənin 54 il keçməsinə baxmayaraq hələ də Aİ qapısında gözlədildiyini, üzvlüyə qəbul edilmədiyini dilə gətirib.

Dövlət başçısı Ərdoğan Suriya böhranının həlli istiqamətində Türkiyə-Rusiya-İran olaraq üçtərəfli mexanizmin işlərini davam etdirdiyini və ABŞ ilə Səudiyyə Ərəbistanının da prosesə daxil olmalarını arzu etdiklərini söyləyib.

Ərdoğan Suriya və İraq böhranının həlli nöqtəsində İranın da nüfuzunun olduğunu ifadə edərək, İranın bu iki ölkəyə rejim və məzhəb yaxınlığının olduğunu ifadə edib.

Ərdoğan terror təşkilatlarının adının İslamla bir yerdə çəkilməsindən duyduğu narahatlığı da dilə gətirərək bildirib ki, biz bir müsəlman olaraq terrorun hər növünə qarşıyıq. Terrorun hər növünə qarşı olan səmimi bir müsəlmanın adının terrorçularla bir yerdə çəkilməsini qəbul etməyim qeyri-mümkündür. Misal üçün son zamanlarda Avropada və ya fərqli yerlərdə İslami terror ifadəsi istifadə edilir. Qətiyyətlə belə bir şeyi qəbul edə bilmərik. Heç kəsin belə bir ifadədən istifadə etməyə haqqı da yoxdur. Çünki İslam söz əsasında, məna əsasında bir sülh dinidir. Biz xristiana terror deyə bilirikmi? Demirik. Səmavi dinlərin heç birinə belə bir şeyi biz bu günə qədər yaraşdırmamışıq, yaraşdırmarıq da.

Qətər və bəzi ərəb ölkələri arasındakı böhrana də toxunan Ərdoğan vurğulayıb ki, Qətərə icra edilənlər düzgün deyildir. Müsəlman müsəlmana hələ bir də Ramazan ayında belə bir sanksiya tətbiq etməməlidir. Biz istəyirik ki, bayrama qədər dialoq yolu ilə həll edilsin. Ümid edirəm ki, Səudiyyə Ərəbistanı bu məsələdə öz gücünü ortaya qoysun.

Dövlət başçısı Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Qərb ölkələrinin Türkiyədəki qanuni proseslə bağlı tənqidlərinə də toxunaraq, Türkiyəyə hörmətsizlik edildiyini söyləyib.

15 iyul gecəsi ordudakı FETÖ tərəfdarlarının hərbçi dona girərək çevrilişə cəhd etdiyini xatırladan Ərdoğan deyib ki, o çevriliş cəhdindən sonra Türkiyə ilə əlaqə saxlayıb ölkədəki bu çevriliş cəhdinə görə kədərlərini bizə bildirməyənlərin Türkiyəni tənqid etmələrini qəbul etməyimiz qeyri-mümkündür.

Çevrilişə cəhd edən əsgərlərin çoxunun Yunanıstan və Almaniyada olduğuna diqqəti çəkən Ərdoğan onu da deyib ki, hətta bu anda NATO-da olub da təəssüf ki, oraya sığınanlar var. Bunu nə ilə izah edəcəyik?

10-dan artıq çevrilişə cəhd edən əsgərin Yunanıstanda olduğunu vurğulayan Ərdoğan bildirib ki, bu ölkə terrorçunu nə üçün qoruyur? Onları ölkəmizə təhvil verməlidir.

FETÖ-nün ümumilikdə polisin, məhkəmənin, dövlətin bütün müəssisələrinin içinə sızdığını vurğulayan Ərdoğan deyib ki, hazırda fövqəladə vəziyyət rejimi ilə biz bunun hesabını soruşuruq və biz bu təmizlik əməliyyatını davam etdirəcəyik. Bunun üçün də bir yerlərdən icazə almayacağıq.

FETÖ-nün quldurbaşını ABŞ-dan istədiklərini ancaq hələ müsbət bir cavab almadıqlarını xatırladan Ərdoğan bildirib ki, quldurbaşı ABŞ-da  onun xidmətinə verilmiş ya da satılmış ərazidə yaşayır. Quldurbaşının “Charter school”larda əldə etdiyi pul ən az ildə 750 milyon dollardır. Bu həqiqətlər ortadadır. Belə bir adamı istəyirik, ABŞ bizə hələ “məhkəmənin işinə müdaxilə edə bilmərik” deyir. Bizə 'məhkəmə' deyənlər qüsura baxmasınlar, onlar da bizim məhkəməmizə hörmət etsinlər.



Әlaqәli Xәbәrlәr