Süleyman Soylu:" Türkiyə terrora rəğmən  böyüməyə və yüksəlməyə davam edəcək"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu  Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) Aksarayda  təşkil etdiyi iftar proqramında iştirak etdi.

752139
Süleyman Soylu:" Türkiyə terrora rəğmən  böyüməyə və yüksəlməyə davam edəcək"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyənin terrora rəğmən  böyüməyə və yüksəlməyə davam etdiyini qeyd etdi.
 
 Soylu  Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) Aksarayda  təşkil etdiyi iftar proqramında iştirak etdi.
 
Daxili işlər naziri İftardan sonra aksaraylılara müraciət edərək Türkiyənin inkişafını heç kimin dayandıra bilməyəcəyini qeyd edərək: "İstər terror təşkilatı DEAŞ olsun, istər sə də Fətullahçı terror təşkilatı (FETÖ) olsun, istər PKK, istərsə DHKP-C olsun. Bu ölkənin böyüməsini mane olmağa çalışan kim olursa, olsun. Bilməlidirlər ki, bu millət inancı, imanı,  iradəsi ilə qərar vermişdir. Biz dünyanın ilk 10 böyük dövlətindən biri olacağıq" dedi.
 
 Soylu çıxışında terrorla mübarizənun uğurlu nəticələr verdiyini də vurğuladı.



Әlaqәli Xәbәrlәr