Ərdoğan Trampla Qətər barədə danışacaq

Xarici İşlər naziri Mövlud Çavuşoğlu telefon danışığı zamanı Qətər böhranının müzakirə olunacağını söyləyib.

751640
Ərdoğan Trampla Qətər barədə danışacaq

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla danışacaq.

  Xarici İşlər naziri Mövlud Çavuşoğlu telefon danışığı zamanı Qətər böhranının müzakirə olunacağını söyləyib: "Ölkə başçısı Ərdoğan bu günlərdə ABŞ prezidenti Trampla Qətər problemi barədə danışacaq".

Nazir Türkiyə Böyük Millət Məclisində mətbuat mənsublarının suallarına cavabında bildirib ki,  güman edirə m ki, telefon danışığı bu yaxın günlərdə baş tutacaq. Bunu ABŞ Dövlət katibi Tillerson telefon danışığında Trampın Ərdoğanla görüşmək istədiyini söyləmişdi.  Deməli biz həm beynəlxlq səylərə dəstək veririk, həm də şəxsən Dövlət baçımız çox fəal şəkildə cəhd göstərir ki, bayramdan əvvəl problem həllini tapsın.

Çavuşoğlu bəzi ərəb ölkələrinin Qətərə qarşı qəbul ettdikləri qərarın səbəblərini izah etməyə cəhd göstərdiklərini bildirərək deyib ki, dərman və ərzaq kimi əsas ehtiyaclarla ölkələrin dərhal tərk edilməsilə əlaqəli tədbirlərə qarşı 4 ölkənin öz daxilindən ciddi reaksiyalar göstərildi.

Nazir Çavuşoğlu Türkiyənin həm vasitəçilik etdiyini həm də hər kəsi prosesə daxil etdiyini dilə gətirərək deyib ki, biz həqiqətdən qurucu addımlar atırıq. Ancaq açıq şəkildə Krögəz ölkələrinin səfirlərinə də söylədik. Atılan bəzi addımlar ölçüsüzdür, səhvdir. İslama da, insana da yaraşmır.

Çavuşoğlu Qətərin regional mövzularda hər zaman Səudiyyə Ərəbistanının və yaxud da digər Körfəz ölkələrinin yanında olduğunu da xatırladıb.



Әlaqәli Xәbәrlәr